29/12/2016 19:36

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA ələ keçirilib

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus multikopter tipli pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunur ki, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.

pua1