31/05/2017 15:57

Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtəsi məhv edildi – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtəsi məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycan mövqelərini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin uzunmüddətli atəş nöqtəsi Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

Ermənistan Silahlı Qüvvələri itkilərə məruz qalıb.