14/04/2017 16:10

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi KTMT-nin baş katibi oldu

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Yuriy Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə mediaya açıqlamanı KTMT-nin baş katibi vəzifəsini müvəqqəti icra edən Valeriy Semerikov verib.

Y.Xaçaturov KTMT-nin baş katibi vəzifəsini 2017-ci il mayın 2-dən icra etməyə başlayacaq. O, bu vəzifəyə ölkənin adı ilə əlaqədar əlifba sırasına uyğun olaraq rotasiya qaydasında təyin olunub.

Bundan əvvəlki baş katib Nikolay Bordyuja isə KTMT-dəki xidmətinə görə mükafatlandırılıb.