31/05/2017 19:16

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki video-müşahidə vasitəsi ələ keçirilib – FOTOLAR

Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, Ermənistan Ordusunun mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla ələ keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib.