09/09/2017 15:38

Ermənistan tank əleyhinə raket və hava hücumundan müdafiə sistemləri almaq istəyir

Ermənistan böyük miqdarda tank əleyhinə raket və hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan mətbuata açıqlamasında deyib.

O bildirib ki, Ermənistan bu silahları öz ehtiyaclarına görə almaq niyyətindədir. Daha sonra alış zamanı qiymət və keyfiyyət məsələləri araşdırılacaq.

Nazir müavininin sözlərinə görə, Ermənistanı daha çox Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri maraqlandırır:

“Çünki Ermənistan ordusunun tələblərinə Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri daha çox cavab verir”.

D.Paxçanyan bildirib ki, bu müxtəlif parametrlərdən asılıdır. Həm qiymət, həm keyfiyyət nisbətləri, həm dağlıq şəraitdə istismarı, həm də uzaq məsafəyə atış və mobillik məsələlərinə görə daha çox üstünlük Rusiya istehsalı olan sistemlərə verilir.