16/03/2017 15:16

Ermənistan və Rusiya birgə iri miqyaslı hərbi təlimlərə hazırlaşır

Ermənistan və Rusiya silahlı qüvvələrinin birgə irimiqyaslı təlimləri keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya və Ermənistan ordularının Baş qərargah rəisləri, ordu generalı Valeriy Gerasimovla general-leytenant Movses Akopyan arasında keçirilən görüşdə razılıq əldə olunub.

“Həmrəylik-2017” adlandırılacaq təlimlər Ermənistan ərazisində keçiriləcək.

Silahlı qüvvələrin bütün növ qoşunlarının iştirak edəcəyi iri miqyaslı təlimlərdə hər iki ölkənin orduları birgə döyüş əməliyyatlarının aparılması, müdafiə tədbirlərinin həyata keçirilməsi imkanlarını təkmilləşdirəcəklər.

Bundan başqa bu il ərzində adıçəkilən ölkələrin hava hücumundan müdafiə qüvvələri “Döyüş həmrəyliyi-2017” adlı daha bir təlim keçirəcəklər.

Hər iki təlim Ermənistan-Rusiya vahid silahlı qüvvələrin yaradılması çərçivəsində həyata keçiriləcək.