14/06/2017 23:02

Ermənistanda hərbçi hospitalda ölüb

İyunun 14-də Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalında müqaviləli hərbi qulluqçu Narek Mxitaryan vəfat edib.

“AzeriDefence”nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi əsgər Narek Mxitaryanın sağlamlığı ilə bağlı müəyyən problemlərinin olduğunu bəyan edib.

Hərbi qulluqçunun xəstəliyi barədə əlavə məlumat açıqlanmayıb.