07/12/2017 13:20

Ermənistanda hərbçilər avtomobil qəzasına düşüb

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

“AzeriDefence” “News.am”-a  istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:30-da, Vanadzor-Dilican avtomobil yolunda baş verib.

Məlumata əsasən “Ford” markalı avtomobil yolun hərəkət olan hissəsindən çıxaraq elektrik dirəyinə çırpılıb, daha sonra kənd evlərindən birinin həyətinə yuvarlanıb.

Yaralıların Vanadzorda yerləşən hərbi hospitala yerləşdirildikləri bildirilir.

Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyəti ağır qiymətləndirilir.