06/06/2017 13:06

Ermənistanda mina və qumbaraların məsafədən idarə edilməsi kompleksi hazırlanıb

Ermənistanın Milli Politexnik Universitetində mina və qumbaralar üçün uzaqdan idarəetmə kompleksi hazırlayıblar.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, bunu universitetin professoru, fizika-riyaziyyat elmləri doktoru, Jozef Panosyan deyib.

Onun sözlərinə görə, yeni sursatlarda günəş batareyaları qurulacaq. Onlar qoruyucu şüşəsizdir və işığı əks etdirmir. Bunun üçün batareyanın fotoelementləri işıq əks etdirməyən nazik karbon pərdəsiylə örtüləcək.

“Hətta düşmən mina və qumbaraları aşkarlasa belə, onları neytrallaşdırmaq mümkün olmayacaq. Onların idarə edilməsi əlimizdə olacaq, çünki ötürülən siqnallar etibarlı şəkildə şifrələnəcək. Bundan sonra isə istənilən məsafədən lazımi anda partlayış haqqında komanda vermək mümkün olacaq”, – deyə alim əlavə edib.