24/12/2015 09:48

Ermənistanın hava məkanını da Rusiya qoruyacaq: Şoyqu ilə Ohaniyan saziş imzalayıb

Rusiya və Ermənistan müdafiə nazirləri Hava Hücumundan Müdafiə Sistemlərinin birgə idarəçiliyi ilə bağlı kollektiv təhlükəsizliyə dair saziş imzalayıblar.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, sənəd ötən Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Seyran Ohaniyan arasında imzalanıb.

Məlumatda o da qeyd olunub ki, hazırda Rusiya Birləşmiş regional HHMQ sisteminin formalaşdırılması üzərində işləyir.

Belorus və Qazaxıstanla bununla bağlı saziş imzalanıb, Qırğızıstan və Tacikstanla isə danışıqlar davam etdirilir.

Bu müdafiə sisteminin yaradılması ilə bağlı MDB ölkələri arasında ilkin razılaşma sənədi 1995-ci ildə Almatıda imzalanıb.

Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini Pavel Kuraçenkonun sözlərinə görə, isə MDB HHMQ-nə 19 aviasiya hərbi hissəsi, 47 zenit-raket qoşunları hissəsi, 19 radiotexnika hissəsi və 3 əlahiddə radioelektron mübarizə taboru daxildir.