18/05/2017 13:17

Ermənistanın müdafiə nazirinə yeni müavinlər təyin edilib

Ermənistan prezidenti Serj Sərkisyan müdafiə nazirinə yeni müavinlərin təyin edilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence” erməni mətbuatına istinadən verdiyi məlumata görə, sərəncamla Artak Davtyan müdafiə nazirinin müavini, Artak Zakaryan müdafiə nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, A.Davtyan və A.Zakaryan Ermənistan parlamentinin deputatı olublar.