28/09/2017 10:21

Ermənistanın Nubaraşendəki hərbi hissəsinin silah anbarında partlayış baş verib

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi isə yanğının əşya anbarında olduğunu iddia edir

Ermənistan Müdafiə Nazirliyinin Nubaraşendə yerləşən hərbi hissəsinin silah anbarında partlayış baş verib.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan hərbi hissədə yanğın olmasını təsdiqləyib. Lakin A.Ovannisyan bildirib ki, heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb: “Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Ayrıntıları araşdırılır, xidməti araşdırma aparılır”.

Qeyd edək ki, Ermənistan KİV-nin yazdığı xəbərlərdə Ermənistan Müdafiə Nazirliyinin Nubaraşendə yerləşən hərbi hissəsinin silah anbarında partlayış baş verdiyi bildirilir.