30/06/2015 18:25

Erməni polkovnik Gürcüstanda keçirilən tədbirdə özünü və ölkəsini biabır edib

Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində kecirilən “Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin təhlükəsizliyi” adlı tədbirdə Ermənistan Müdafıə Nazirliyinin zabiti, polkovnik Aleksey Abrahamyan zabitə yaraşmayan hərəkətlər edərək, özünü və ölkəsini biabır edib.Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Ermənistanın “Delovoy Ekspress” qəzetinin internet saytında yer alan məlumata görə, Gürcüstan Müdafıə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı tərəfındən birgə təşkil olunmuş tədbir əvvəlkilərlə müqayisədə kifayət qədər maraqlı və yadda qalan olub. Lakin buna səbəb nə Qara dəniz, nə də Xəzər dənizi regionuna aid müzakirə olunan məsələlərin əhəmiyyətli olması deyil. Ermənistanı simpoziumda təmsil edən polkovnik Aleksey Abrahamyan tədbirə laqeyid münasibət göstərib. Nəzərdə tutulmuş brifınqi verməkdən imtina edən polkovnik müzakirələr zamanı nümayişkaranə mürgüləməsi ilə təşkilatçıların haqlı narazılığınasəbəb olub.

Gürcüstan Müdafıə Nazirliyi tərəfındən Mtsxeta şəhərinə təşkil olunan tur çərçivəsində qonaqlar üçün verilən ziyafətdə heç bir protokol qaydalarına uyğun olmayan hərəkətləri ilə ətrafdakıları təəccübləndirməkdə davam edən polkovnik görməmişliyi, acgözlüyü və spirtli içkilərə aludəliyi ilə də hamını mat qoyub. Masadakı yeməkləri acgözlüklə yeyən, spirtli içkilərdən ifrat dərəcədə qəbul edən polkovnik A.Abrahamyan hərəkətlərinə nəzarət edə bilmədiyi üçün qonaqların istirahətinə mane olub və narazlıq yaradıb. Ziyafətdən sonra qonaqlar üçün ayrılmış avtobusla Tbilisiyə geri qayıdarkən polkovnik A. Abrahamyan spirtli içkinin təsirindən yediklərini qaytarması onu gülüş obyektinə çevirib.

Yazıda qeyd olunur ki, yaranmış vəziyyətin Ermənistan üçün biabırçı və rüsvayedici olduğunu görən Ermənistanm Gürcüstandakı hərbi attaşesi, zabitin tədbir zamanı etdiyi hərəkətlərə görə xəcalət çəkdiyini etiraf edib və tədbir iştirakçılarından üzr istəyib.