22/03/2015 19:02

Erməni əsgər Azərbaycan Ordusuna təslim oldu

Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan Ordusunun hərbi qulluqçusu cəbhə xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrin təslim olub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “news.am” saytı məlumat yayıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan silahı ilə birlikdə Azərbaycan əsgərlərinə təslim olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə faktı təsdiqləyiblər.

“Bu, yəqin erməni ordusunda öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır”, deyə nazirlik bəyan edib.

Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat veriləcəyini bildirib.