29/01/2014 15:38

Erməni əsirdən ETİRAF

Bu gün cəbhə xəttinin Tovuz rayonu istiqamətində ələ keçirilmiş Ermənistan vətəndaşı Mamiko Xocayan ilkin ifadəsində bəzi etiraflar edib. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib.

M. Xocayan ilkin ifadəsində Tovuz rayonu ərazisində hələ SSRİ dövründə çox olduğun, ərazini yaxşı tanıdığını və 1992-1994-cü illərdə bələdçilik edərək əraziyə dəfələrlə erməni kəşfiyyatçıların keçirdiyin bildirib.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi erməni əsirlə bağlı video görüntüləri yayacaq.