05/01/2015 09:16

Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutublar

Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.
Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir.

“Bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik”, – deyə məlumatda bildirilib.