30/10/2012 17:11

Ermənilər “İstiqlal”a qarşı qarayaxma kampaniyasına başlayıblar

Ermənilərin Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan İST 14.5 “İstiqlal” snayper tüfəngi ilə bağlı yaydıqları məlumatlar dezinformasiya və Azərbaycan hərbi sənayesinə qarayaxmadan başqa heç nə deyil. Bunu “AzeriDefence”yə Azərbaycanın yerli silah mütəxəssisləri bildiriblər.

Mütəxəssislərin fikrincə, artıq bu Azərbaycan hərbi sənayesinin uğuru hesab oluna bilər.

“Artıq bir neçə ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan “İstiqlal” tüfəngi öz atəş gücü ilə erməni tərəfinə dinclik vermir”, deyə bildirilib.

Mütəxəssislər ermənilərin “İstiqlal”ın CAR-ın “Denel” firmasının iriçaplı snayer tüfənginin “kopyası”olması, guya silahın “lisenziyasız” istehsal edilməsi barədə fikrilərini əhəmiyyətsiz adlandırıblar.

Qeyd olunub ki, 14.5×114 mm kalibrli “İstiqlal” tüfəngi yarımavtomatik, NTW tüfəngi isə təkatılan silahdır. “İstiqlal”da hədəfə atış uzaqlığı 2000 m, NTW-14.5 tüfəngində isə optik nişangahla 1750 metrdir. Darağın tutumu “İstiqlal”da 5, NTW-14.5-də isə 3 patrondur. Döyüş vəziyyətində kütlə “İstiqlal”da 29 kq, NTW-14.5-də isə 33,8 kq-dır.

“İstiqlal” tüfəngində qaytarma impulsunun söndürmək üçün orijinal sistem tətbiq edilib. Hansı ki, qaytarmanı normal kalibrli avtomatik silahının təpməsi səviyyəsinə qədər azaltmağa icazə verir. “İstiqlal” tüfənginin optik nişangaı yüksək etibarlılığa və istismarın sadəliyinə malikdir ki, bu da çoxillik istismar təcrübəsində sübut edilib. Bu silahdan yüksək dəqiqlikli atış üçün Azərbaycan mütəxəssisləri tərəfindən yaxşılaşdırılmış xarakteristikalara malik yeni optik nişangah yaradılıb. “İstiqlal” tüfəngi dəfələrlə beynəlxalq sərgilərində nümayiş etdirilib və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.