20/09/2013 06:05

Ermənilər K-15 snayper tüfəngini test edir

Ermənistan K -15 iriçaplı snayper tüfənginin testlərini davam etdirir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ermənilərə məxsus Razm.info saytı bu ölkənin müdafiə naziri Seyran Ohanyana istinadən məlumat yayıb.

Tüfəngin test mərhələsində olduğunu deyən nazir K-15 tüfəngini öz sinfində dünyanın ən yaxşı snayper tüfənglərindən olacağını bildirib.

K-15 tüfəngi 2012-ci ilin oktyabrında İrəvanda Ermənistan Müdafiə Nazirliyinin hərbi-sənaye sərgisində nümayiş olunub. 12.7 mm çapa malik snayper tüfəngi dəzgah üzərində tətbiq olunur.

Təqdim olunmuş məlumatlara görə silahın çəkisi 18 kq, atış uzaqlığı 2000 metr, effektiv atış uzaqlığı 1600 metr, atış tempi dəqiqədə 16 patrondur.