11/10/2012 11:21

Ermənistan Azərbaycanla müharibə ssenariləri nəzərdən keçirir

Ermənistanın Silahlı Qüvvələrinin bölmələri ilk dəfə rəqibin aktiv müdafiəyə malik zirehli texnikasının məğlubiyyəti üçün nəzərdə tutulmuş yeni tank əlehinə vasitələri tətbiq edib. Bu barədə “AzeriDefence.com” saytı “Mediamax” agentliyinə istinadən məlumat verib.

Yeni tank əleyhinə vasitənin tipi açıqlanmayıb. Lakin onun Ermənistanda 1 oktyabrda başlamış strateji komanda-qərargah təlimləri çərçivəsində tətbiq olunduğu bildirilib.

Təlimdə həmçinin pilotsuz uçuş aparatlarının sınaqları keçirilib, onların raket qoşunlarında tətbiqiylə bağlı suallar dəqiqləşdirilib.

Məlumatda qeyd olunub ki, Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunları ilk dəfə potensial rəqibin aviasiyasının sayının artmasını nəzərə alaraq mürəkkəb taktik hiylələri tətbiq edib.