01/10/2014 11:44

Ermənistan Çindən yeni raket sistemi alıb

Ermənistan Çindən yeni raket sistemləri alıb. Bu barədə “AzeriDefence” özəl mənbələrə istinadən məlumat verib.

Məlumatda Ermənistanın Çindən 4 ədəd WS-2 buraxıcı sistemi və adlı açıqlanmayan uzaq mənzilli reaktiv raket sistemi əldə etdiyi bildirilib. Ermənistanın aldığı sistemin 150 km-dək mənzilinin olduğu söylənilir. Tərəflər arasında alğı-satqı müqaviləsi ötən ilin sonlarında Ermənistanın müdafiə nazirinin Pekinə səfəri zamanı imzalanıb.