26/12/2012 10:38

Ermənistan HHM sistemlərini müasirləşdirir

Ermənistan hava hücumundan müdafiə (HHM) sistemlərinin müasirləşdirməsini həyata keçirəcək. “AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin illik hesabatında bildirilib.

Modernləşmə ilk növbədə S-300 sistemlərində aparılacaq. Rusiya və Belarus ekspertlərinin birgə tədqiqatları nəticəsində, bu sistemlərin Razdanda yerləşən “Patenş” müəssisəsində müasirləşdirməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Ermənistan HHM sisteminə minimum 3 ədəd S-300 divizionu daxildir. Bundan başqa, Ermənistanın hava məkanı “Kruq”, S-125 “Neva”, S-75 və “Osa” zenit-raket kompleksləri ilə qorunur.