31/10/2013 08:47

Ermənistan hökuməti Qarabağ müharibəsi veteranlarının sosial təminat xərclərini 5 dəfə azaldır

Ermənistan hökuməti 2014-cü ildə Qarabağ müharibəsinin veteranlarının sosial təminatı xərclərini 5 dəfə azaldacaq. “AzeriDefence”nin xəbərinə görə, Ermənistanın 2014-cü il üçün dövlət büdcəsinin layihəsində hökumət Qarabağ müharibəsi veteranları, münaqişə zonasında həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial ehtiyacları, həmçinin onlar üçün mənzillərin tikintisi üçün nəzərdə tutulan xərcləri 5 dəfə azaldıb.

Ümumilikdə Ermənistanın 2014-cü il dövlət büdcəsinin layihəsində 1,2 milyon dollar (2013-cü ildə 5,9 milyon dollar) nəzərdə tutulur.

Qeyd edək ki, 2014-cü ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 273 milyard dram (3,1 milyard dollar), gəlirləri 1 trilyon 145 milyard dram (2,8 milyard dollar) təşkil edir.