16/10/2012 16:28

Ermənistan hərbi təlimlərdə ballistik raketlərlə zərbə planlarını nəzərdən keçirib

Ermənistan Silahlı Qüvvələri oktyabrın əvvəllərindən start götürmüş hərbi təlimlərdə raket texnikasından istifadə edib. “AzeriDefence.com” saytının məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi, general-mayor Artak Davtyan keçirilən mətbuat konfransında bildirib.

General təlimdə adı açıqlamasa da 300 kilometrə qədər uzaqlığa malik (söhbət böyük ehtimalla Ermənistanın inventarındakı “Scud” raketlərindən gedir) raket texnikası cəlb edilib.

Davtyanın sözlərinə görə, təlimlərdə aktiv döyüş hərəkətləri zamanı şərti rəqibin hərbi və iqtisadi infrastrukturuna və silahlı qüvvələrinin bütün növlərinə endiriləcək raket zərbələrinin modeli hazırlanıb.

“Zərbələr əsasən həm şərti düşmənin ordusuna, həm də düşmənin ordusunun qabiliyyətini təmin edən iqtisadi infrastruktura endirilib”, – deyə Davtyan qeyd edib.

Erməni generalın sözlərinə görə, önləyici xarakter daşıyan zərbələrdə rəqibin neft, qaz və energetika infrastrukturu kimi konkret obyektləri hədəfə alınıb.

Ermənistan Ordusunun rəsmisi paralel olaraq Qarabağda keçirilmiş hərbi təlimlərdən də danışıb. O deyib ki, oktyabrın əvvəllərində keçirilmiş təlimdə ehtiyatdan çağrılanlar da daxil olmaqla 45 min insan və 5 min ədəd hərbi texnika iştirak edib.