30/04/2015 11:42

Ermənistan Ordusunun müqaviləli hərbçisi zərərsizləşdirildi

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu zərərsizləşdirilib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə Azərbaycanın Tovuz rayonu ilə sərhəddə baş verib.

Erməni tərəfinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun snayperinin açdığı atəş nəticəsində Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Spartak Qulinyan yaralanıb.

Hadisə aprelin 28-də baş verib.