31/07/2015 11:39

Ermənistan ST-68U radarlarını müasirləşdirib

Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan üçkoordinatlı 19J6 (ST-68U) santimetr-desimetr dalğa diapazonunda çalışan radiolokasiya stansiyası müasirləşdirilib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “VPK-Armenii” bloqu Ermənistan Müdafiə Nazirliyinin Hərbi-sənaye idarəsindəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, adıçəkilən RLS-in müasirləşdirməsi zamanıstansiyanın analoq blokları rəqəmsal bloklarla əvəz edilib. Əsas diqqət elektron bazanın müasirləşdirilməsinə yönəldilib.

Mənbə bildirdib ki, 19J6 radarının və digər radiolokasiya sistemlərinin rəqəmsallaşdırılması Ermənistan Hava Hücumundan Müdafiə Sistemində avtomatlaşdırılmış idarəetmə sistemini tətbiq etməyə imkan verib.

Modernləşdirmə işləri “Patneş” müəssisəsində aparılıb.