30/01/2015 08:40

Ermənistanın pilotsuz uçuş aparatı vuruldu

CƏBHƏDƏCəbhə xəttində Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin yaydığı məlumata görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.