15/01/2015 10:34

Ermənistanın yeni pilotsuz uçuş aparatı – FOTO

Ermənistanda yeni pilotsuz uçuş aparatı istehsal edilib. “AzeriDefence”nin “VPK-Armenii” bloquna istinadən verdiyi məlumata görə, Böyük Tiqran adına Xüsusi hərbi-idman məktəbi tərəfindən hazırlanmış yeni PUA-nın bu yaxınlarda Ermənistan Ordusu üçün təqdimatı keçirilib.

PUA-nın texniki göstəriciləri barədə detallı məlumatlar verilməsə də, erməni tərəfi bu aparatın böyük hündürlükdən istənilən hərəkətin çəkilişini həyata keçirə bildiyini açıqlayıb.