31/01/2017 18:30

“Əsgər Andı” DSX Sahil Mühafizəsinin qonağı oldu – FOTO / VİDEO

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 8-ci buraxılışı yayımlanıb.

Yanvarın 29-da Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər Andı” proqramında bu dəfə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən, bu qurumun son illərdə əldə etdiyi nailiyyətlərdən geniş bəhs edilib. DSX-nin silahlanmasına yeni daxil olmuş “Tufan” layihəli gözətçi gəmilərinin imkanları, taktiki-texniki xarakteriskaları tanıdılıb.

Verilişdə Sərhəd Qoşunlarının yaranma tarixi eləcə də Sahil Mühafizəsi haqqında geniş danışılıb.

Ənənəvi “Arsenal” rubrikasında dekabr ayında Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən sınaq atışları keçirilmiş “İldırım” ZRK-i və onun taktiki texniki xarakteristikası haqqında izləyicilərə məlumat verilib. “Milli Qəhrəman” rubrikasında isə birinci Qarabağ savaşında şəhid olmuş Ələsgər Novruzovun döyüş yolundan bəhs edilib.

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.