15/02/2017 20:04

“Əsgər andı”nda Azərbaycan-NATO əlaqələri – VİDEO – FOTOLAR

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 10-cu buraxılışı yayımlanıb.

Fevralın 11-də Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər Andı” proqramında bu dəfə də cəbhə xəttində xidmət edən əsgərlərlə görüşülüb. Bundan başqa Azərbaycan-NATO əlaqələri haqqında geniş danışılıb.

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi jurnalist Rəşad Süleymanov və hərbi ekspert Üzeyir Cəfərov bu mövzuya toxunub.

“Arsenal” rublikasında isə Türkiyənin ASELSAN  şirkətinin istehsalı olan İHTAR anti-dron sistemi təqdim olunub.