13/03/2017 21:16

“Əsgər Andı”nda bu həftə: Daxili Qoşunlar – FOTO/VİDEO

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 14-cü buraxılışı yayımlanıb.

Martın 5-də Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər Andı” proqramı bu dəfə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həsr olunub. Proqramda Daxili Qoşunların 25 illik fəaliyyətindən bəhs edilib. Eyni zamanda Daxili Qoşunların bu günü, silahlanması və taktiki təlimləri nümayiş etdirilib.

“Arsenal” rubrikasında isə ASELSAN şirkətii tərəfindən təkmilləşdirilmiş yedəkdə daşınan topunun taktiki texniki xarakteristikasıdan danışılıb.

“Milli Qəhrəman” rubrikasında isə qarabağ döyüşlərində şəhid olmuş Zakir Yusifovun döyüş yolundan bəhs edilib

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.