24/01/2017 16:27

“Əsgər Andı”nda bu həftə: ehtiyat hərbi hissənin topçuları və “Gürzə” patrul maşını – VİDEO / FOTO

“Lider TV”də hər həftənin bazar günü efirə çıxan “Əsgər Andı” hərbi-vətənpərvərlik proqramının 7-ci buraxılışı yayımlanıb.

Yanvarın 22-də Anar Şuşalının təqdimatında efirə getmiş “Əsgər andı” ehtiyatda dayanan hərbi hissələrin birində yerləşən zİrehli texnika və D-30 divizionunundan geniş bəhs edilir.

“Arsenal” rubrikasında Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanan “Gürzə” patrul maşınını barədə məlumat tamaşaçılara təqdim olunub.

“Milli Qəhramanlar” rubrikasında isə Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan Aqil Məmmədovun döyüş yolundan bəhs edən geniş süjet yer alıb.

Qeyd edək ki, proqramın media dəstəyi qismində www.AzeriDefence.com saytı çıxış edir.