19/03/2016 21:08

Əsgər valideynləri Horadiz Sərhəd Dəstəsində – FOTOLAR

Bu gün Horadiz Sərhəd Dəstəsində “Valideyn günü” keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, əsgər valideynləri, habelə Füzuli Dövlət Dram Teatrının əməkdaşları iştirak ediblər.

Hərbi hissəyə daxil olan əsgər valideynlərini salamlayan general-leytenant Azad Ələkbərov qeyd edib ki, Sərhəd Qoşunlarında “Valideyn günləri” DSX rəisi – Sərhəd Qoşunları Komandanı general-polkovnik Elçin Quliyevin əmri ilə 2011-ci ildən keçirilir. Tədbirin keçirilməsində məqsəd valideynlərə övladlarının xidmət etdiyi hərbi hissələrdə yaradılan şəraitlə yerində tanış olmağa imkanı yaratmaq, valideynlərlə hərbi hissə rəhbərliyi arasında sıx əlaqə qurmaq, onların təklif və tövsiyyələrini dinləməkdir. Novruz bayramı ərəfəsində bu tədbir Sərhəd Qoşunlarının bütün hərbi hissələrində təşkil olunub.

dsx horadiz (14)

dsx horadiz (13)

Daha sonra valideynlər və rayon rəhbərliyi Horadiz Sərhəd Dəstəsinin qarnizonunda əsgər kazarmalarına, ərzaq anbarlarına, tibb məntəqəsinə, istirahət otaqlarına, hamam-camaşırxanaya, hərbi texnika parkına baxış keçirib, yaradılan şəraitlə yerində tanış olub, onları maraqlandıran suallara cavab alıblar.

dsx horadiz (17)

dsx horadiz (16)

dsx horadiz (15)

Əsgərlərə verilən bütün qida məhsulları ölkədə istehsal edilib. Ərzaq məhsullarının saxlanılmasına, onun keyfiyyətinə, yararlılıq müddətində xüsusi diqqət yetirilir.

dsx horadiz (18)

dsx horadiz (19)

Valideynlərə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri ilə cəmi bir neçə kilometr məsafədə yerləşən sərhəd dəstəsi istənilən hadisəyə çevik şəkildə reaksiya verə biləcək səviyyədə təchiz olunub.

dsx horadiz (1)

dsx horadiz (20)

Hərbi hissənin açıq klubunda davam edən tədbirdə əvvəlcə DSX rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin şəxsi heyətə Novruz bayramı münasibəti ilə ünvanlanmış təbrik telefonoqramı oxunub.

Şəxsi heyət qarşısında çıxış edən valideynlər yaradılan şəraitə görə DSX rəhbərliyinə və prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Sərhəd təhlükəsizliyinin dövlətin güvənliyi olduğunu söyləyən valideynlər əsgərlərə öz tövsiyyələrini də veriblər.

dsx horadiz (5)

dsx horadiz (4)

dsx horadiz (3)

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Azərbaycanda ordu quruculuğu və dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində aparılan tədbirlərdən danışıb. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirib. Oorduya göstərilən qayğının bariz nümunəsi olaraq Horadiz Sərhəd Dəstəsində həyata keçirilən tədbirləri misal göstərən icra başçısı son illərdə düşmənlə qısa məsafədə yerləşən Sərhəd Dəstəsinin qarnizonunda əsgərlər və zabit heyət üçün yeni binaların inşa olunduğunu deyib.

dsx horadiz (7)

“Sərhəd deyiləndə vətən, dövlət yada düşür. Sizin övladlarınız bu gün dövlətimizin sərhədlərini gecə-gündüz qoruyurlar. Burada onlar üçün yaradılan şərait evlərindəki şəraitdən fərqlənmir. İnşallah, Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızı da azad edəcəyik. O gün olsun ki bayram tədbirlərimizi Füzulidə, Şuşada, dövlət sərhədlərimizdə qeyd edək”.

General-leytenant Azad Ələkbərov isə çıxışında qeyd edib ki, Ali Baş Komandanın göstərdiyi diqqət və qayğı nəticəsində son illər DSX-nin maddi-texniki bazası xeyli möhkəmləndirilib. DSX mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəlib. Azərbaycanın sərhəd mühafizə infrastruktru təkmilləşdirilib, bütün hərbi hissə və bölmələrdə yüksək xidmət və məişət şəraiti yaradılıb.

dsx horadiz (8)

“Vətənimizin təhlükəsizliyi hər bir əsgərin sayıqlığından, yüksək peşəkarlığından, xüsusən də mənəvi-psixoloji vəziyyətindən asılıdır. Bu baxımdan sərhədçilərə mənəvi dayaq olmaq hər bir valideynin müqəddəs borcudur”, – deyə general qeyd edib.

Tədbirdə xidmətdə fərqlənən bir qrup əsgər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı və qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, Horadiz Sərhəd Dəstəsinin yaradılması barədə qərar 1992-ci ilin iyul ayında qəbul edilib. həmin ilin oktyabr ayında, qərargahı Horadiz qəsəbəsində yerləşən sərhəd dəstəsinin formalaşması başa çatıb. Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti 1994-cü ilin yanvar ayının 5-dən 6-na keçən gecə Müdafiə Nazirliyi və Daxili Qoşunların bölmələri ilə hirlikdə Füzuli rayonunun Araz çayı sahilindəki kəndlərinin və Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsində iştirak edib.

dsx horadiz (9)

dsx horadiz (11)

dsx horadiz (10)

dsx horadiz (12)