24/05/2013 08:58

ESİS Enerjidən ordu üçün kəsilməz güc qaynağı

ESİS Enerji şirkəti hərbi qurumların ehtiyaclarını qarşılayacaq 300kVA Mobil Statik Kəsilməz Güc Qaynağını (MSKGK) Türkiyə Silahlı Qüvvələrindən sonra beynəlxalq bazara təqdim edib. Şirkət 2011-ci ildə layihələşdirilmiş və istehsalına başlanılmış sistemi Azərbaycan Silahlı Qüvvələrinə də təqdim etmək istəyir.

Döyüş bölgələrində çalışan yüksək güclü rabitə avadanlıqlarını və bənzər sistemləri fasiləsiz elektrik enerjisi ilə qidalandırmaq üçün hərbi standartlarda hazırlanmış MSKGK hər cür ərazi şəraitinə asanlıqla uyğunlaşa bilir. Sistem 300kVA UPS, kondisioner, kabinə və qoşqudan meydana gəlir. MSKGK həm qoşqu üzərində mobil, həm də platformalara yerləşdirilərək sabit şəkildə istifadə edilə bilər. MSKGK -25°C və +45°C tempraturlarda istifadə oluna bilər.

UPS (ESIS ATLAS 5300) özəllikləri
• 3 faza giriş/3 faza Çıxış, onlayn, iki çevrimə, transformatorsuz, yüksək tezlik PWM
• 300 kVA tutum
• 93%-ə qədər UPS səmərəsi
• 20% geniş girişli gərginlik aralığı
• 47-53 Hz tezlik aralığı
• İstəyə bağlı SNMP ilə uzaqdan yoxlama

MSGK kabinəsi 3 mm qalınlıqda poladdan hazırlanıb və IP55 qorumasına (kabinə tamamilə bağlı halda) cavab verir. Kabinənin ağırlığı təchizatlı halda 9100 kq təşkil edir və tam təchizatlı, hərbi standartlara cavab verən qoşqu üzərində yerləşdirilir.

Qeyd edək ki, Esis Enerji şirkəti hazırda hərbi və mülki standartlara cavab verən müxtəlif enerji cihazlarının istehsalını həyata keçirir. Türkiyənin MILGEM layihəsi üzrə istehsal olunan korvetlərdə və amfibiya çıxarma gəmisində ESİS Enerji cihazları istifadə olunur.