02/09/2019 16:49

“Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin başlanması ilə əlaqədar brifinq keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edənlər keçirilən təlimin hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasında, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsində, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində bu təlim mühüm əhəmiyyət kəsb edir.