13/12/2018 15:18

“Eurofighter Typhoon” təyyarəsi “Meteor” raketləri ilə silahlandırılıb

“Eurofighter GmbH” şirkəti “Typhoon” bombardımançı təyyarələrini “Meteor” indeksli “hava-hava” raketləri ilə silahlandırıb.

“AzeriDefence”nin təyyarənin əsas istehsalçılarından olan “BAE Systems” şirkətinə istinadən verdiyi məlumata görə, “Typhoon” döyüş təyyarəsi ilk dəfə “Meteor” raketləri ilə sınaq uçuşları keçirib.

Bildirilib ki, “Meteor” raketlərinin inteqrasiyası ilə “Typhoon” təyyarəsinin gücü daha da artılırılıb.

Fransanın MBDA şirkəti istehsalı olan “Meteor” raketinin mühərrik hissəsini daha da təkmilləşdirib. “Meteor” qabaqcıl aktiv radarla idarə olunur. Raket elektron müharibə mühitində avtonom şəkildə hava hədəflərini nişanalma imkanına malikdir. “Meteor” raketlərinin atış mənzili 320 km-dir. Çəkisi 185 kq olan raketin uzunluğu 365 sm-dir.

Qeyd edək ki, “Meteor” ilk dəfə 2016-ci ildə İsveç Hərbi Hava Qüvvələrində istifadə olunub. Hazırda Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Almaniya, İspaniya, İtaliya, Fransa, Çexiya, Misir, Hindistan, Qətər kimi dövlətlərin hərbi hava qüvvələrinin silahlanmasında yer alır. “Meteor” raketi “Eurofighter Typhoon” ilə yanaşı “Dassault Rafale”, JAS-39 “Gripen”, F-35 kimi döyüş təyyarələrinə də inteqrasiya edilib.