21/01/2015 13:26

“Eurofighter”in motorlarına ASELSAN sistemləri ilə nəzarət olunacaq

Türkiyə müdafiə sənayesinin lider qurumu olan ASELSAN ilə dünyanın aparıcı döyüş təyyarələrindən “Eurofighter Typhoon”un EJ200 motor sistemlərini istehsal EUROJET firması ilə əməkdaşlıq Memorandumu imzalayıb.

“AzeriDefence”nin nəlumatına görə, ASELSAN-ın baş direktoru Faik Eken və EUROJET-in İdarə Heyətinin sədri Klimes Linden (Clemens Linden) tərəfindən imzalanan memorandum ilə tərəflər, motor nəzarət sistemləri, motor sağlamlığı monitorinq sistemləri mövzularında ortaq çalışacaqlar.

Motor nəzarət sistemləri motor üzərinə qurulacaq sensorların məlumatlarını istifadə edərək mühərrikin optimal performansda işinə nəzarəti həyata keçirən elektron elementlərdir. Motor sağlamlığı monitorinq sistemlərinin köməyi ilə, motor performansı uçuş əsnasında izləniləcək və toplanan məlumatların yerdə olan baxım mərkəzində analizi ilə motor komponentlərinin və parçalarının qalan ömürləri hesablanacaq.