29/06/2017 17:54

EVO-105 özüyeriyən haubitsaların sınaqları yekunlaşdı

Cənubi Koreyanın “Hanhwa Techwin” şirkətinin istehsalı olan EVO-105 özüyeriyən haubitsaların sınaqları başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) yaydığı xəbərdə bildirilib.

Qeyd olunub ki, sınaqlarını uğurla nəticələndirən EVO-105 özüyeriyən haubitsaların 2018-ci ildə seriyalı istehsalına başlanılacaq.

105 mm çaplı artilleriya sisteminin yük maşınına inteqrasiyasına 2009-cu ildə başlanılıb və ilk prototipi 2011-ci ildə sərgidə nümayiş olunub.

Yerli mediada yer alan xəbərlərə görə, Cənubi Koreya Silahlı Qüvvələri EVO-105 özüyeriyən haubitsalardan ilkin olaraq 800 ədəd sifariş edib.