14/12/2013 10:19

“Excalibur” 48 kilometrdə hədəfi 1 metr sapma ilə vurdu

ABŞ Ordusu və Raytheon şirkəti PzH2000 özüyeriyən haubitsalarından “Excalibur” idarə olunan mərmilər ilə atış sınaqları keçirib.

“AzeriDefence”nin məlumatına görə, testlər zamanı 10 ədəd mərmidən atəş açılıb. Atış zamanı mərmilər 48 kilometrə qədər məsafədə 1 metr sapma ilə hədəfi vurub.

Raytheon Missile Systems şirkətinin yerüstü döyüş sistemləri bölməsinin rəhbəri Mişel Loxmeyer bildirib ki, daha əvvəl bu nəticələr İsveç və ABŞ Ordusunun “Archer” özüyeriyən haubitsalarında alınıb.