30/06/2016 17:21

F-16 döyüş təyyarələri Hindistanda yığıla bilər

ABŞ-ın “Lockheed Martin” şirkəti Hindistanda F-16 döyüş təyyarələrinin yığılmasını həyata keçirən müəssisə inşa edəcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bununla bağlı müzakirələr Hindistanın baş naziri Narendra Modinin ABŞ-ın paytaxtı Vaşinqton səfəri zamanı aparılıb.

Məlumatda o da qeyd olunub ki, “Lockheed Martin”dən başqa Hindistana “Eurofighter” və İsveçin “Gripen” şirkətlərindən də belə bir təklif alıb. 

Hindistan Fransadan 36 ədəd “Rafale” təyyarəsinin alınmasına dair danışıqları da müsbət yekunlaşdıra bilməyib.