18/01/2012 17:15

FHN Bakı Regional Mərkəzində nəzəri-praktik məşğələ

Yanvarın 9 və 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində xilasetmə texnika və avadanlıqlarının təyinatı, quruluşu və iş prinsipləri mövzusunda nəzəri-praktik məşğələ keçirilib.

Məşğələ zamanı şəxsi heyət iki tədris qrupuna bölünüb. Onlara “Mercedes BENZ Sprinter” xüsusi təyinatlı xilasetmə avtomobili və onun komplektinə daxil olan avadanlıqlar, onların iş prinsipi nümayiş olunub.

Məşğələnin sonunda şifahi olaraq texnika ilə davranış və istifadə qaydaları ilə onların texniki təyinatı üzrə test-yoxlama keçirilib.