23/11/2015 19:29

FHN “Xəzər-2015” komanda-qərargah təlimi keçirəcək

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və BP şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə “AzeriDefence” FHN-nin saytına istinadən xəbər verib.

Təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.