27/01/2012 13:25

“Fincantieri” “Falaj-2” korvetini suya endirdi

İtaliyanın “Fincantieri” şirkəti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün istehsal etdiyi “Falaj-2” layihəli korveti suya endirib. Gəmi “Fincantieri” Gəmiqayırma Zavodunda “P251 Ghantoot” adı ilə istehsal olunub. BƏƏ ilə İtaliya arasında 2 ədəd korvetin alınması ilə bağlı saziş 2010-cu ilin yanvarında imzalanıb. Birinci gəminin hazırlanması prosesinə həmin ilin noyabrından başlanıb. Gəmi sifarişçiyə 2012-ci ilin ortalarında, ikinci gəmi isə 2012-ci ili sonunda təhvil veriləcək.

BƏƏ bu gəmilərin istehsalı üçün ölkə ərazisində tərsanə tikmək qərarını da açıqlayıb.

Məlumat olaraq bildirək ki, “Falaj 2” layihəsinin kiçik korveti olan “P251 Ghantoot” təxminən 520 ton su tutumuna malikdir. Uzunluğu 55 metr, eni 8,6 metr olan korvet iki ədəd MTU 16V 4000 M90 dizel mühərriklə təchiz olunub. Maksimal surət 20 uzl olan gəminin ekipajı 28 nəfərdir.

“Falaj 2”nin silahlanmasına «Exocet MM40 Block 3» gəmi əleyhinə raket, «OTO Melara» şirkətinin istehsalı olan «Super Rapid» 76 mm-lik avtomatik top, uzaqdan idarə olunan 12.7 mm-lik pulemyot daxil edilib.

Gəminin əsas radiolakasiya sistemi «Selex Systems Integrati» şirkətinin istehsalıdır. Gəmi “Aeromaritime” rabitə kompleksi ilə təchiz olunub.