02/10/2013 05:34

Flir şirkətinin məhsulları Bakıda nümayiş olunacaq

Termal və görüş sistemlərin istehsalı üzrə dünyada tanınmış Flir şirkətinin məhsulları Bakıda nümayiş olunacaq. “AzeriDefence”nin məlumatına görə, Flirt şirkəti oktyabrın 23-dən 26-dək Bakıda keçiriləcək Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri (CIPS) sərgisində təmsil olunacaq.

Qeyd edək ki, indiyədək Flir şirkəti Azərbaycanda bir neçə dəfə öz məhsullarını nümayiş etdirib. Hazırda Azərbaycanın güc strukturlarında və Silahlı Qüvvələrinin bəzi strukturlarında, habelə aviasiya sektorunda Flir avadanlıqlarından istifadə olunur.