10/08/2013 15:29

Fənərbaxça futbol klubunun prezidenti DEARSAN tərsanəsinin səhmlərini alıb

Fənərbaxça futbol klubunun prezidenti Əziz Yıldırım DEARSAN şirkətinin səhmlərinin 51%-ni alıb. Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

DEARSAN-ın 51%-lik səhm paketi 30 milyon dollara satılıb. Şirkətin sahiblərindən olan Batı Gökbayrak qeyd olunan 51%-lik payını satarak ortaqlıqdan ayrılıb.

Türkiyə Dəniz Qüvvələri üçün Yeni Tip Gözətçi Gəmisini inşa edən DEARSAN hazırda Türkmənistanda da fəaliyyət göstərir. Türkmənistandan 8 ədəd Yeni Tip Gözətçi Gəmisi, 10 ədəd sahil mühafizə kateri və 1 ədəd dəniz avtobusu sifarişi alan DEARSAN bu günədək Türkmənbaşı limanında inşa etdiyi iki gəmini Türkmənistan dənizçilərinə təhvil verib. Daha iki gözətçi gəmisinin isə bu il silahlanmaya qəbulu planlaşdırılır.