22/08/2017 15:55

FNSS şirkəti özüyeryən TƏİR komplekslərini 2019-cu ildə Türkiyə Ordusuna təhvil verəcək – FOTO

FNSS şirkəti Türkiyə Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün “Pars 4×4” özüyeriyən tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi hazırlayıb.

“AzeriDefence”nin “Savunma ve teknoloji” saytına istinadən verdiyi xəbərə görə, Müdafiə Sənayesi Katibliyi (SSM) tərəfindən həyata keçirilən Silah Daşıyıcı Vasitələr (STA) layihəsi çərçivəsində hazırlanan “Pars 4×4” özüyeriyən TƏİR kompleksinin ilk prototipinin kalifikasiya sınaqlarına 2018-ci ilin martında başlanılması planlaşdırılıb.

Xatırladaq ki, SSM ilə FNSS arasınada STA layihəsinə dair müqavilə 2016-cı ilin iyununda imzalanıb. FNSS şirkəti “Pars 4×4” özüyeriyən TƏİR komplekslərini 2019-cu ilin ikinci yarısında sifarişçiyə təhvil verilməsinə başlayacaq. Müqaviləyə əsasən Quru Qoşunlarının 76 ədəd sözügedən komplekslərlə təmin edilməsi nəzərdə tutulub.

Döyüş ağırlığı 25 ton olan “Pars 4×4” aşağı bir siluetə və amfibiya xüsusiyyətinə sahibdir. Dərin və axıntılı suda əməliyyat aparmaq imkanı olan “Pars 4×4”, həmçinin hər cür çətin ərazidə hərəkət edə bilir. “Pars 4×4” 70 faiz bucaq altında maili yüksəkliyə qalxmağı, 40 sm-lik dik maneələri keçməyi bacarır. Balistik tələblərə uyğun olaraq hazırlanan balistik qorumalı şüşələr, eyni zamanda sürücü və avtomobil içərisindəki bütün personala geniş bir görüş bucağı təmin edir.

Özüyeriyən TƏİR kompleks FNSS-nin hazırladığı distans idarə olunan tank əleyhinə qüllə (UKTK) ilə təchiz olunub. Qüllə, yığcam ölçüləri və aşağı ağırlığı sayəsində, demək olar ki, bütün təkərli və tırtıllı zirehli maşınlara inteqrasiya oluna bilir. Qüllə “Kornet” və OMTAS tank əleyhinə raketlərin istifadəsinə görə, iki müxtəlif konfiqurasiyada təqdim olunur.

Təhrik sistemi, atəş nəzarət sistemi, davamlılıq və atəş gücü baxımından ən son texnologiyaları əks etdirən qurğu, üzərindəki elektro-optik sistemi sayəsində, gece/gündüz, hər cür hava şərtində əməliyyat aparmaq xüsusiyyətinə sahibdir. Qüllə əsas silah olaraq iki ədəd “Kornet” və ya iki ədəd OMTAS tank əleyhinə raketləri, köməkçi silah kimi 7,62 mm-lik plemyotla təchiz olunacaq.