10/04/2019 16:22

Fövqəladə Hallar Nazirliyi İrana humanitar yardım göndərib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aprelin 10-da bu ölkəyə humanitar yardım yola salıb.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.