22/05/2015 20:01

Əfqanıstan nümayəndə heyəti MSN-də olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əmakdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək istehsal prosesini izləyiblər.