10/01/2018 09:44

Fransa Ordusunun 200 ədəd “Leclerc” tankı modernizə ediləcək

Fransa Silahlı Qüvvələrinin invertarında yer alan 200 ədəd “Leclerc” əsas döyüş tankı müasirləşdiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Nexter Systems” şirkətinin rəhbəri Stephane Mayerin “La Jaune et la Rouge” nəşrinə müsahibəsində deyib.

S.Mayerin bildirib ki, “Nexter Systems” şirkəti Fransa Ordusunun 200 ədəd “Leclerc” tankını 2020-ci ildən 2028-ci ilə qədər modernləşdirəcək.

Modernləşmə nəticəsində dördüncü nəsil “Leclerc” tanklarının əməliyat qabiliyyəti və digər xarakteristikası əhəmiyyətli dərəcədə yüksəldiləcək.

“Scarpion” layihəsi çərçivəsində imzalanan müqavilənin dəyəri təxminən 330 milyon avro təşkil edir.