16/02/2017 16:35

Fransa xüsusi təyinatlıları PLFS maşınlarının ilk partiyasını alıb

“Renault Trucks Defence” şirkəti tərəfindən istehsal edilən 25 ədəd xüsusi qüvvələrin ağır döyüş maşını (Poids Lourds Force Spéciale/PLFS) Fransa Xüsusi Təyinatlı Qüvvələrinə təhvil verib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

2016-cı ilin yanvarında Fransanın hərbi alqı-satqı üzrə agentliyi (Direction generale de l’armement/DGA) ilə “Renault Trucks Defence” şirkəti arasında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində “Renault Trucks Defence” şirkəti Fransa Silahlı Qüvvələri üçün 202 ədəd PLSF və 242 ədəd xüsusi qüvvələrin yüngül döyüş maşınını (Vehicule Leger des Forces Speciales/VLFS) istehsal etməlidir.

Sifarişlərin 2021-ci ilə qədər tamamlanması planlaşdırılır.

“Sherpa”nın bazasında istehsal olunan PLSF “Standart 1” konfiqurasiyası iki ədəd rabitə cihazı, bir ədəd 12,7×99 mm çaplı (.50 cal) pulemyot və iki ədəd 7,62×51 mm çaplı pulemyot ilə təchiz olunub.

PLSF “Standart 2” konfiqurasiyası isə təkminləşdirilmiş qorumaya, daha ağır silahlara və artırılmış faydalı yük həcminə sahib olacaq.