06/04/2013 07:37

Fransa yeni modulyar aviasiya bombasını silahlanmaya qəbul edib

Fransa Müdafiə Nazirliyi Silahlanma üzrə Baş İdarəsi (DGA) lazer təhrikli AASM (Armement air-sol modulaire) modulyar aviasiya döyüş sursatını silahlanmaya qəbul edib. “AzeriDefence”nin məlumatına görə, GPS inersiyalı və infra-qırmızı təhrik etməyə malik AASM-ın ilk versiyaları Harmattan (Liviya) və Serval (Mali) əməliyyatlarında istifadə olunub.

Lazer başlıqlı AASM hərəkətli yerüstü və dəniz hədəflərinin uzaq məsafədən yüksək dəqiqliklə məhv edilməsi üçün nəzərdə tutulub.